AFFA-dan cəzalar gəldi

AFFA-dan cəzalar gəldi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Divizionun 15-ci turuna həsr olunmuş hissəsində oyunlarda baş vermiş qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub.
 
I Divizionun XV turunun "Keşlə-2” – "Zaqatala” oyununda "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

XV turun "Turan Tovuz” – "Kəpəz” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

XV turun "Neftçi-2” – "Qaradağ Lökbatan” oyununda "Neftçi-2” klubunun 87 nömrəli futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

"Neftçi-2” klubunun 65 nömrəli futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;

"Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR