AFFA-dan Dadaşlinskiyə cavab

AFFA-dan Dadaşlinskiyə cavab

AFFA İctimai Televiziyada yayımlanan "3 D" verilişində qurumun baş katibi Elxan Məmmədova replika atılmasına münasibət bildirib.

Federasiyanın Mətbuat və İctimaiyyətlə Ələqalər Şöbəsinin rəhbəri Firuz Abdulla Fanat.Az-a açıqlamasında bildirib ki, Dadaş Dadaşlinski baş katibi verilişə dəvət etməyib:

"Nə federasiyanın mətbuat xidmətinin rəhbəri olaraq mənə, nə də  Elxan Məmmədova heç bir dəvət gəlməyib. Amma bununla üçüncü dəfədi ki, replika atırlar. Baş katibi verilişə çağırmaq istəyirlərsə, bizə müraciət etməlidilər. Daha futbolçudan niyə soruşurlar?"

Qeyd edək ki, Dadaş Dadaşlinski ilk dəfə futbolçu Vaqif Cavadov verilişin qonağı olarkən Elxan Məmmədovla bağlı sual verib. Daha sonra isə onunla görüşmək istəyən Əziz adlı şəxsə baş katibi verilişə gətirməyə razı salacağı halda onu qəbul edəcəyini bilirib. Son olaraq ssenariyə uyğun olaraq AFFA-nın binası qarşısında Elxan Məmmədovu gözləyən Əzizi "maşın vurub".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR