AFFA-dan daha bir gülməli addım - FOTO

AFFA-dan daha bir gülməli addım - FOTO
Mart ayında milli komandamızın adını "Niyə də yox"a "dəyişən" AFFA-nın rəsmi feysbuk səhifəsi daha bir gülməli paylaşımın müəllifinə çevrilib.
 
Sport7.az xəbər verir ki, dünən gecə saatlarında futbol qurumunun rəsmi səhifəsində Messinin kollajı yayımlayın. "Real"la oyundakı məşhur epizodun üzərində hazırlanmış kollajda Messi Ramil Şeydayevin formasını yuxarı qaldırıb.
 
Bununla da səhifə adminləri Messinin Ramil kimi çox qol vurmağı arzuladığına işarə vurublar.
 
Amma çox keçmədən həmin kollaj səhifədən silinib. Görünür, səhifə adminlərinin bu şit zarafatı AFFA-nın ciddi rəhbərliyinin xoşuna gəlməyib.
 


Xəbər lenti