"Qarabağ" hücumçusuz qaldı - AFFA-dan Mahir Emreliyə cəza

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Mahir Emrelini bir oyunluq cəzalandırıb.
 
Sport7.az xəbər verir ki, buna 23 yaşlı hücumçunun Premyer Liqanın XVIII turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
 
Ağdam təmsilçisi bunun üçün 200 manat ödəyəcək. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Qarabağ” klubu 400 manat cərimə olunub.
 
"Sabah"in futbolçusu Yevgeni Koçuk isə iki oyunluq cəza alıb. Moldovalı yarımmüdafiəçi eyni turda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyunda kodub oyuna görə birbaşa qırmızı vərəqə alıb. Görüşdə xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün "Sabah” 800 manat cərimə olunur.
 
"Qəbələ” – "Neftçi” (0:2) görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Qəbələ” klubuna 400 manat məbləğində cəza kəsilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR