AFFA-dan nəcib addım

AFFA-dan nəcib addım
AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndən olan uşaqlarla görüş keçirilib.
 
Sport7.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, milli komandamızın avtobusu ilə stadiona gələn uşaqları arenada AFFA-nın baş katibi Elxan Məmmədov və müxtəlif yığmalarımızın üzvləri qarşılayıblar.
 
Baş katibin bayram təbrikindən sonra uşaqlar millilərimizin üzvləri ilə meydana çıxıblar.
 

 
Bakı Olimpiya Stadionunun əsas meydanında topla oynadıqdan sonra uşaqlara millilərimizin üzvləri bayram hədiyyələri təqdim edib.
 

 

Xəbər lenti