AFFA-dan Samir Abasova bir oyunluq cəza

AFFA-dan Samir Abasova bir oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport7.az xəbər verir ki, İK Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda və Topaz Premyer Liqanın 23-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qəbələ” – "Neftçi” matçının 68-ci dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Keşlə” – "Sumqayıt” matçının 80-ci dəqiqəsində "Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 23-cü turunun  "Sumqayıt” – "Keşlə” matçının 81-ci dəqiqəsində "Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının 23-cü turunun  "Qəbələ” – "Səbail” matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 23-cü turunun  "Kəpəz” – "Qarabağ” matçında "Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 37-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Topaz Premyer Liqasının 23-cü turunun  "Zirə” – "Neftçi” matçında "Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 51-ci dəqiqəsində "Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb , klub 200 manat cərimə olunub.
 
Sport7.az

Xəbər lenti