AFFA geri çəkildi - Millimizin oyunları “İdman” Tv-də

AFFA geri çəkildi - Millimizin oyunları “İdman” Tv-də

"CBC Sport”u yaradan AFFA millinin və çempionatın oyunlarının üzərində gizli monopoliya formalaşdırmağı bacarmışdı.

Ona qədər yerli çempionatın oyunlar mütamadi olaraq "İdman Azərbaycan” telekanalından canlı yayınlanır, digər televiziyaların əməkdaşlarının stadiondan çəkiliş etməsinə qadağa qoyulmurdu. Milli komandalarımız oyunları da bir qayda olaraq "İctimai” televiziya vasitəsiylə bütün ölkə ərazisində əlçatan idi.
 
"CBC Sport”un yaranmasıyla bütün şərtlər dəyişdi. AFFA UEFA ilə münasibətlərindən istifadə edərək millinin oyunlarının yayım hüququnu öz nəzarətində olan kanala verdi. Premyer liqanın yayım hüququ da "CBC Sport”a ötürürldü. Uzun müddət AFFA digər telekanalları görməzdən gəldi.

Artıq bu siyasətin iflasa uğradığını görən AFFA "İdman” Tv ilə münasibətləri qaydasına salmağa çalışır. Millinin son səfərlərində bu telekanalın əməkdaşlarına da dəvət göndərən qurum daha bir jestə əl atıb. Fützal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi oyunlar İdman TV-də canlı yayımlanacaq.

Komandamızın yer aldığı III qrupun oyunlarının təqvimini və başlama saatını diqqətinizə çatdırırıq:

23 oktyabr
Slovakiya – Monteneqro
Bakı İdman Sarayı. Saat 17:00
 
Azərbaycan – Moldova
Bakı İdman Sarayı. Saat 20:00
 
24 oktyabr

Moldova – Slovakiya
Bakı İdman Sarayı. Saat 17:00
 
Azərbaycan – Monteneqro
Bakı İdman Sarayı. Saat 20:00
 
26 oktyabr

Monteneqro – Moldova
Bakı İdman Sarayı. Saat 17:00
 
Slovakiya – Azərbaycan
Bakı İdman Sarayı. Saat 20:00

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR