AFFA hakimlər üçün toplanış nəzərdə tutmayıbmış

AFFA hakimlər üçün toplanış nəzərdə tutmayıbmış
Yay fasiləsində klublar kimi, hakimlərin də toplanışa gedəcəyi gözlənilirdi. Adətən, ölkə xaricinə gedən referilərimizin bu dəfə də Bolqarıstana aparılacağı deyilirdi.
 
Amma sonradan məlumat yayıldı ki, Bolqarıstan toplanışı ləğv olunub, hakimlərin sənədləri də özlərinə geri qaytarılıb. Məsələ ilə bağlı məlumat öyrənmək üçün, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla danışmaq istədik. Ancaq o zənglərimizə həmişəki kimi cavab verməyincə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik.
 
Qurum rəsmisi Sport7.az-a açıqlamasında qısaca bunları söylədi.
 
"AFFA tərəfindən, yay fasiləsində hakimlərin ölkə xaricində təlim-məşq toplanışı əvvəlcədən nəzərdə tutulmayıb. Belə bir plan olmayıb".
 
Sport7.az

Xəbər lenti