AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsində əcnəbi sədr

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsində əcnəbi sədr
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitələrinin birləşdirilib.
 
Sport7.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yeni qərarlar qəbul olunub. Bunlardan biri də Qurumun Hakimlər və Hakim-İnspektorlar Komitəsi ilə bağlı olub. Sözügedən komitələr birləşdirilib. 
 
Bununla yanaşı vahid struktur altında fəaliyyət göstərəcək Hakimlər və Hakim-İnspektorlar Komitəsinə əcnəbi sədr təyin edilib. Belə ki, bu quruma avstriyalı Fritz Stuxlik sədr təyin olunub.

1966-ci il noyabrın 11-də Vyanada anadan olan Stuxlik 16 il - 1993-2009-cu illərdə FİFA referisi olub. O, hakimlik karyerası ərzində 450-ə yaxın matç idarə edib. 
 
Buna qədər Hakimlər Komitəsinə Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinə isə Əli Hüseynov rəhbərlik edirdi.
 
Sport7.az

Xəbər lenti