AFFA Həmkarlar İttifaqı Lənkəranda toplandı

AFFA Həmkarlar İttifaqı Lənkəranda toplandı

AFFA Həmkarlar İttifaqı bölgələrə səfərini davam etdirir.

Noyabrın 4-də AFFA Hİ-nin sədri Nazim Süleymanov və qurumun üzvləri – Samir Ələkbərovla Asəf Namazov Lənkəranda futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Lənkəran futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Görüşdə Azərbaycan futbolunun durumu, yığma komandanın nəticələri müzakirə olunub:

"Lənkəranın futbol ictimaiyyətini futbolumuzun hazırkı durumu ciddi narahat edir. Ümumiyyətlə, bölgələrdə futbola diqqətin olmaması, veteranların bu sahədən tam kənarda saxlanılması, uşaq futbolunun bərbad durumu görüşdə əsas müzakirə mövzusu oldu”.

Lənkəran futbol ictimaiyyəti AFFA Həmkarlar İttifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər və qurumun aktiv fəaliyyət göstərməsi üçün hər cür yardım göstərəcəklərini qeyd ediblər.

Daha sonra AFFA Həmkarlar İttifaqının yerli təşkilatının təsis iclası keçirilib. Beləliklə, Lənkəranda AFFA Həmkarlar İttifaqının yerli təşkilatı təsis olunub. Fəxrəddin Şərifov təşkilata sədr seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR