AFFA hüquq-mühafizə orqanlarını nişan verdi

AFFA hüquq-mühafizə orqanlarını nişan verdi

İki aya yaxındı ki, Azərbaycan futbolunun gündəmini "danışılmış oyunlar”la bağlı qərarlar tutur. AFFA İntizam Komitəsi bu işlərdə əli olanların futboldan ömürlük uzaqlaşdırıldığını elan etməkdən savayı ətraflı hansı məlumat vermir.

Sport7.az bu günü məsələ ilə bağlı AFFA-nın sözçüsü Firuz Abdulla ilə əlaqə saxlayıb. Geniş ictimaiyyət futboldan uzaqlaşdırılanların konkret hansı oyunların alqı-satqısından iştirak etdiyindən, kimlərin həbs olunmasından xəbərsizdi. AFFA isə bütün bu detalları açıqlamaq fikrində deyil. Elə Firuz Abdulla da saytımıza açıqlamasında oxşar davranış sərgilədi, ətraflı məlumat üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq lazım olduğunu dedi.

Sorğumuza cavab almaq üçün Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindənin rəhbəri Elşad Hacıyevə müraciət etdik. Amma ondan da cavab almaq mümkün olmadı. Cənab Hacıyev "danışılmış oyunlar”la bağlı araşdırmaların birbaşa Daxili İşlər Nazirliyinin nəzarətində olduğunu bildirdi.

Araşdırmalarımız davam edir. Gün ərzində "danışılmış oyunlar”la bağlı araşdırmanın gedişiylə bağlı nazirlikdən məlumat almağa çalışacağıq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR