AFFA “Kəpəz”i pulsuz qoyub

AFFA “Kəpəz”i pulsuz qoyub
"Kəpəz”in çətin günləri davam edir.

Sport7.az xəbər verir ki, mövsümün sonuna qədər turnir cədvəlinin sonuncu pilləsindən qurtulacağı inandırıcı görünməyən Gəncə təmsilçisinin düşərgəsində gərginlik hökm sürür. Belə ki, komandanın üzvləri uzun müddətdi maaş üzünə həsrət qalıb.

Bu barədə "Futbol+” qəzeti kluba yaxın mənbələrə istinadən məlumat yayıb. Futbolçulara yanvar ayının maaşı ödənib. Fevralın məvacibindən bir hissə isə avans şəklində verilib. Artıq aprel ayının ortasıdı. "Kəpəz”də fevralın və martın maaşları tam ödənilməyib.

Məlumatda qeyd olunur ki, əcnəbi futbolçular bu vəziyyətə uzun müddət dözmək fikrində deyillər. Yaxın günlərdə maaşlar verilməsə, legionerlər əvvəlcə AFFA-ya, daha sonra isə UEFA-ya şikayət ünvanlayacaqlar.

AFFA-nın pulları gecikdirməsi heç də səbəbsiz deyil. Mikayıl Nərimanoğlunun əməllərinin üstü açılandan sonra "Kəpəz”ə daha çox Gəncə rəhbərliyi nəzarət edir. Amma maliyyənin böyük hissəsi yenə də Bakıdan, yəni AFFA-dan gəlir. AFFA isə süni surətdə maddi vəziyyəti pisləşdirməklə Gəncə rəhbərliyinə "əzələ nümayişi” göstərir.

Sport7.az

Xəbər lenti