AFFA “Mariupol”un futbolçusunu millimizə gətirir

AFFA “Mariupol”un futbolçusunu millimizə gətirir

Ukraynanın "Mariupol” klubunun futbolçusu Eldar Quliyev Azərbaycan yığmasında çıxış edə bilər.

Sport7.az xəbər verir ki, bu barədə "meta-ratings.com.ua” saytı məlumat yayıb.

Xəbərə görə, AFFA-nın 18 yaşlı futbolçuya Azərbaycan yığmasında oynamaq üçün dəvət göndərdiyi bildirilir. Quliyev, fikirləşmək üçün federasiyadan vaxt istəyib.

AFFA Quliyevdən başqa, Ukraynanın "Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandanın sıralarına cəlb etmək istəyir.

Eldar Quliyev ötən il "Mariupol”la Ukrayna Premyer Liqasında debüt edib. Yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

Yarımmüdafiəçi 2011-2014-cü illərdə Kiyev "Dinamo”sunun, 2014-2017-də "Dnipro”nun, 2017-2019-cu illərdə isə Donetsk "Şaxtyor”unun aşağı yaş qruplarında çıxış edib. Eldar, 2019-cu ildən "Mariupol”dadır.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR