AFFA mətbuat konfransı keçirəcəkmi? – Ümid Dadaşlinskiyədi...

AFFA mətbuat konfransı keçirəcəkmi? – Ümid Dadaşlinskiyədi...

AFFA-nın baş katibi geniş ictimaiyyətin və mətbuat nümayəndələrinin suallarından yayınmaqda davam edir.

Avro-2020-yə yüksəlməyi hədəfləyən AFFA millinin qrupda topladığı 1 xaldan sonra haqlı tənqidlərə tuş gəlib. Uelslə Bakıdakı oyundan sonra suallardan yayınan baş katib Elxan Məmmədov Slovakiyadan qayıdarkən millini müşayət etmək üçün seçilmiş mətbuat nümayəndələrinin suallarını cavablandıb. Lakin həmin brifinqdə səslənən suallar və onlara verilən cavablar heç də yetərli sayılmır.

Belədə idman mətbuatının əksər simaları AFFA rəhbərliyinin geniş tərkibdə mətbuat konfransı keçirməsini və seçmə mərhələnin yekunlarıyla bağlı hesabat verməsini təklif etmişdilər. "Boz bina”da oturanların bu təklifə münasibətini öyrənmək üçün qurumun sözçüsü Firuz Abdullanı aradıq.

AFFA rəsmisi Sport7.az-ın sorğusuna cavab olaraq bildirdi ki, yaxın günlərdə belə bir konfransın düzənlənməsi planlaşdırılmır.

Sitat: "Seçmə mərhələlərin sonunda konfrans keçirilməsi, hesabat verilməsi təcrübəsi əvvəllər də olmayıb. İndi də gündəlikdə belə bir məsələ yoxdu. Hər ilin yekunu olaraq AFFA Hesabat Konfransı keçirir və həmin konfransda görülən işlər haqqında məlumat verilir, hesabatlar təqdim olunur. Konfransdan sonra isə mətbuatın sualları AFFA rəhbərliyi tərəfindən cavablandırılır”.

Firuz bəyin sözlərindən belə başa düşmək olar ki, AFFA rəhbərliyi mətbuatı və azarkeşləri narahat edən suallara gələn ilin martında cavab verəcək. O vaxta qədərsə ümid Dadaş Dadaşlinskiyədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR