AFFA-nın bilet satan tərəfdaşının daha bir qəbahəti

AFFA-nın bilet satan tərəfdaşının daha bir qəbahəti
"Qarabağ”ın "Roma” ilə oyunu nəticədən daha çox bilet satışında və stadiondakı təşkilatçılıq qüsurları ilə yadda qaldı.
 
Sport7.azxəbər verir ki, Bakı Olimpiya Stadionunun ətrafına şəxsi nəqliyyat vasitələri buraxılmadığından xüsusi avtobusların azarkeşləri daşıyacağı haqda verilən vəd boşa çıxdı. Yağışlı havada stadiona gələn futbolsevərlər metrostansiyasına qədər olan 3 kilometrlik yolu piyada getməyə məcbur oldular.
 
Bundan başqa onlayn bilet satışında da kifayət qədər qüsurtlar yaşandı. Bütün bunlar isə Azərbaycan üçün tarixi sayılan bir oyunun möhtəşəmliyinə kölgə saldı, futbol bayramını korladı.
 
Sonradan açıqlama verən Bakı Nəqliyyat Agentliyinin, Olimpiya Stadionunun və bilet satışı ilə məşğul olan  "iTicket.az” şirkətinin rəhbərliyi isə heç cür səhvlərini etiraf etmədilər, müxtəlif bəhanələrlə azarkeşləri günahkar çıxarmağa çalışdılar.
 
Elə bu cür yanaşmanın nəticəsidir ki, nöqsanlar aradan qaldırılmır. Bu gün Çexiya ilə oyuna bilet almaq istəyən əməkdaşımız qəribə halla rastlaşıb. "iTicket.az”ın Yasamal rayonundakı 3 saylı "ASAN xidmət” mərkəzindəki kassasında alıcılara 1 və 2 manatlıq biletlər satılmayıb. Kassada çalışan xanım bildirib ki, artıq ikinci gündür ki, onlarda bu qiymətə olan biletləri çap etmək mümkün deyil. Problemlə bağlı şirkətə məlumat verilib, amma onu aradan qaldırmaq üçün mütəxəssislərin kassaya gəlişi mümkün olmayıb. Belədə kassada müştərilərə daha bahalı biletlər satılır. Yağmurlu havada itirdiyi vaxta və əziyyətə heyfi gələnlər məcbiryyətdən artıq pul verirlər. Ucuz bilet almaq istəyənlər isə məyus halda geri qayıdırlar.
 
Sport7.az 

Xəbər lenti