AFFA-nın milliləşdirmək istədiyi futbolçu Superliqaya qayıdır

AFFA-nın milliləşdirmək istədiyi futbolçu Superliqaya qayıdır

Yığmamız üçün milliləşdirilməsi nəzərdə tutulan Allahyar Səyyadmaneş ilin sonunda Ukrayna klubu "Zarya”nı tərk edəcək.

Sport7.az xəbər verir ki, "Zarya”da icarə əsasında çıxış edən 20 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Fənərbaxça”ya qayıdacaq. Ukraynalılar ötən ilin oktyabrında icarəyə götürdüyü iranlı forvardın birdəfəlik transferi üçün qarşı tərəfə 1,5 milyon avro ödəməlidir. Lakin rəhbərlik maddi imkansızlıq üzündən Səyyadmaneşi Türkiyə təmsilçisinə qaytaracağını açıqlayıb.

İranın U-17 və U-23-lə yanaşı, əsas yığmasında da çıxış etmiş Allahyar Səyyadmaneş hazırda AFFA-nın milliləşdirilməsi nəzərdə tutulan potensial namizədlərdəndir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR