AFFA-nın millimizə

AFFA-nın millimizə "sırıdığı" futbolçu Regional Liqada

Millimizin sabiq futbolçusu Toğrul Eratın yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu karyerasını Almaniyada davam etdirəcək. O, Regional Liqada çıxış edən "Rot-Vays"a transfer olunub. Türkiyənin TFF 3-cü liqa təmsilçisi "Bayrampaşa" ilə yollarını ayıran Erat yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Oberhauzen təmsilçisinin idman direktoru Patrik Bauder bu transferin komandanı gücləndirəcəyini açıqlayıb: "Toğrulun gəlişi kollektivə əlavə ruh yüksəkliyi olacaq. O, gənc oyunçularımıza meydanda yol göstərən təcrübəlilərdən olacaq".

Erat 2014-2015-ci illərdə Azərbaycan millisinin heyətində 3 oyun keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR