AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı

AFFA Premyer Liqa klublarının yarısını cəzalandırdı

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın 7-ci turu ilə bağlı iclas keçirib.
 
Sport7.az xəbər verir ki, Komitə aşağıdakı qərarları qəbul edib:
 
05 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Sumqayıt” – "Keşlə” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 39).
 
05 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Neftçi” – "Səbail” matçında "Neftçi” və "Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub (maddə 39).
 
06 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VII turunun "Qarabağ” – "Sabah” matçının 79-cu dəqiqəsində "Sabah” klubunun 4 №-li futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR