AFFA prezidenti cüdo abidəsinin açılış mərasimində (FOTOLAR)

AFFA prezidenti cüdo abidəsinin açılış mərasimində (FOTOLAR)

İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib.

Sport7.az xəbər verir ki, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Beynəlxalq Cüdo Federasiyasının rəhbəri Marius Vizer, Avropa Cüdo İttifaqının başçısı Sergey Soloveyçik, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev və tanınmış idman xadimləri iştirak ediblər.

Açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər.
 
Abdullayev mərasim zamanı həm Bax, həm də Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR