AFFA prezidenti: Qurban Qurbanov milliyə gəlsəydi...

AFFA prezidenti: Qurban Qurbanov milliyə gəlsəydi...

Bu gün AFFA-nın İcraiyyə Komitəsində ilin son iclası keçirilib. Sport7.az saytının xəbərinə görə, iclasda çox mühüm qərarlar qəbul olunub.

İK-nın iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev baş katib Elxan Məmmədov və millimizin yeni baş məşqçisi Robert Prosineçki ilə birgə mətbuat konfransı keçirib. Abdullayev yaradılan Klublar Komitəsi haqda bunları deyib: "Klublar Komitəsi onun üçün yaradıldı ki, klublar bir-biri ilə yaxınlaşsınlar. Onların arasında dostluq münasibətləri olsun. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi məsələsi müzakirə olundu. Qərara gələ bilmədik. U-21-in baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdir”.

Onun sözlərinə görə, Məşqçilər Komitəsinin klubların aşağı yaş qruplarına nəzarət etməsinə klublar qarşı çıxmayacaq: "Onlar vəziyyətlə bağlı raport hazırlayacaqlar. Yəqin yadınızdadır, biz Almaniyada məşqçi kitabları alıb, klublara payladıq. Bilmirik, uşaq məşqçiləri ondan istifadə edirlərmi. Məhz bu kimi məsələlərə nəzarət etmək üçün Məşqçilər Komitəsi yaradılıb. Rayonlarda uşaq məktəblərində məşqçilərə o qədər pul ayrılır ki, onların bu pulları necə istifadə etdiyini bilmirik. Həmin komitə də məhz buna nəzarət etmək üçün yaradılıb. Bəzi futbolçular müqavilə bağlayıb, 5 manat pul alan kimi göstəriciləri aşağı düşür. Siz jurnalistlər də bunlarla iş aparmalısız. Messi desin ki, oynamasam da bu qədər pul alıram. Amma bizimkilər deyir ki, 5 manat pulum varsa, niyə özümə əziyyət verim?"

Rövnəq bəy Rusiya və Türkiyə Futbol Federasiyaları ilə apardıqları danışıqlar və Qurban Qurbanovun milliyə təyin olunmaması haqda da danışıb: "Həmin federasiyalarla danışıqlar aparırdıq. Fikrimiz o idi ki, bizimkilər bu ölkələrdə, həmin ölkələrin futbolçuları isə Azərbaycanda legioner sayılmasınlar. Ancaq razılaşmadılar. Qurban Qurbanov milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm də Vəli. O vaxt onu "Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidir. Amma biz onu "Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR