AFFA "pul kisəsi"nin ağzını açır

AFFA
23 yaşadək futbolçulardan ibarət yığmanın İslam Həmrəyliyi Oyunlarında finala yüksəlməsi AFFA-nı da xeyli həvəsləndirib.

Sport7.az hələ bir-neçə gün öncədən xəbər vermişdi ki, AFFA tənqidləri azaltmaq, ölkə rəhbərliyinin gözündə yüksəlmək üçün millimiz İslamiadada mümkün qədər irəliləməsinə çalışır. Rəqiblərin gözləniləndən də zəif olması AFFA-nın həvəsini daha da artırıb. Hələ ilk gündən futoblçulara hər qələbəyə və qazanılacaq medalın əyarına görə ayrıca mükafat vəd olunub. 

Bunu bu gün jurnalistlərlə söhbərində AFFA-nın baş katibi Elxan Məmmədov da təsdiqləyib: "AFFA tərəfindən də mükafat ayrılacaq. Amma gəlin, ilk növbədə, məqsədimizə çataq. Ondan sonra mükafatın məbləğini komandaya elan edəcəyik".

Etibarlı mənbələrin bizə bildirdiyinə görə, AFFA-nın mükafatı MOK-dan geri qalmayacaq və millimizin çempion olacağı təqdirdə hər bir futbolçuya təxminən 100 min manat mükafat veriləcək.

Sport7.az

Xəbər lenti