AFFA Qarabağda keçiriləcək Avropa çempionatı ilə bağlı hansı addımı atacaq?

10 Fevral 2019, 15:01
10 Fevral
2019
15:01
119
"Biz bu yarışın keçiriləcəyini öyrənən vaxtdan mübarizə aparırıq".
Sport7.az xəbər verir ki, bu barədə "Sputnik"ə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib.
2019-cu ildə Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (CONIFA) himayəsi altında, Dağlıq Qarabağ ərazisində BMT və Azərbaycan tərəfindən tanınmayan ərazilərin milli komandaları arasında çempionat keçiriləcək. Yəni müstəqilliyi tanınmayan ərazilər arasında Avropa çempionatı baş tutacaq.
"Ötən ilin avqust ayında müəyyən olunanda ki, yarış "Dağlıq Qarabağda" keçiriləcək, AFFA rəhbərliyi dərhal məsələyə reaksiya verdi. AFFA onlara rəsmi müraciət etdi. FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanladıq" – deyə Firuz Abdulla əlavə edib.
Firuz bəy onu da qeyd edib ki, AFFA 2019-cu ildə də CONIFA-nın təşkilatçılığı ilə qondarma "Dağlıq Qarabağ" Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək. Bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında elan olunmuş qondarma "Dağlıq Qarabağ" ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik və buna qarşı mövqeyimiz dəyişməyəcək" - deyə AFFA-nın sözçüsü vurğulayıb.
İlk iki Avropa çempionatı 2015 və 2017-ci illərdə Macarıstanda və Şimali Kiprdə keçirilib. Özünü müstəqil elan edən "Dağlıq Qarabağ Respublikası" komandası yalnız CONIFA tərəfindən 2014-cü ildə təşkil olunan Dünya Çempionatına qatılıb. Həmin yarışda da məğlub olub.
Sport7.az
Digər xəbərlər
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
Ölkə Futbolu
AFFA Klublar Komitəsinə yeni sədr seçilib
-
Ölkə Futbolu, Video
"Sabah"ın qələbəsi, "Zirə"nin məğlubiyyəti (VİDEO)
-
Ölkə Futbolu
Qardaş "silləsi"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
Ölkə Futbolu
"AVRO-2021": Millimizin rəqibləri müəyyənləşdi
-
Ölkə Futbolu
Birinci Divizionda darmadağın
Xəbər lenti
-
18:54Zayon Uilyamsonun zədəsi ciddi deyil - VİDEO
-
18:25"Atletiko" Oblakla müqavilə yeniləyəcək
-
17:56NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO
-
17:37Dünya çempionluğuna aparan yol: Futbol robotu
-
16:38"Atletiko"nun futbolçusu Çempionlar Liqasında həftənin oyunçusu seçildi
-
16:18Avropa Liqası: 1/8 finalın püşkü atıldı
-
15:27Elşad Əhmədov: "Barselona" ilə də oynasaq..."
-
15:10"Fulhem" Ranyerini istefaya göndərə bilər
-
15:03Futbol qaydaları: Oyun üçün meydan
-
14:40FIFA-dan "Çelsi"yə transfer qadağası
-
14:16Azərbaycan çempionatı start götürdü
-
14:13Millimizin üzvləri ilə görüş keçirildi
-
14:01Lüis Həmilton: "Bu mövsüm daha aqressiv Bottas görəcəyik"
-
14:00Sənan Qurbanov: "Hər saniyə "Keşlə" ilə oyuna köklənməliyik"
-
13:43Halep və Plişkova mübarizəni dayandırdı
-
13:07Cüdoçularımız "Böyük Dəbilqə"də mübarizəyə başlayırlar
-
13:0510 gün qalıb! Rusiya, Çin, Azərbaycan
-
12:52Modriçin "Real"da qalıb-qalmayacağı dəqiqləşdi
-
12:36Avroliqa: "Efes" "Olimpiakos"u məğlub etdi, ispanların duelindən "Barselona" qalib ayrıldı
-
11:43“Bir gəncin manifesti”
-
11:39NBA: "Miluoki" "Boston"u məğlub etdi, "Leykers" "Hyuston"dan üstün oldu
-
11:29AFFA Klublar Komitəsinə yeni sədr seçilib
-
11:16Avropa Liqasında həftənin oyunçusu kim olacaq? - Namizədlər
-
11:14"Leylanın xətrinə futbolu sevdim" - Ömər Xəyyam
-
09:51"Sabah"ın qələbəsi, "Zirə"nin məğlubiyyəti (VİDEO)
-
09:40Qardaş "silləsi"
-
09:11"Səbail" rəsmisi: "Apellyasiya şikayəti verəcəyik"
-
02:19"Çelsi" - "Malmö" - 3:0 (VİDEO)
-
02:11"Benfika" - "Qalatasaray" - 0:0 (VİDEO)
-
02:05London nəhəngləri mərhələ adladılar, "Qalatasaray" və "Fənərbağça" mübarizəni dayandırdı
-
00:03"Zenit" - "Fənərbağça" - 3:1 (VİDEO)
-
00:01"Arsenal" - BATE - 3:0 (VİDEO)
-
20:45"AVRO-2021": Millimizin rəqibləri müəyyənləşdi
-
20:41Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası seçildi
-
18:05Birinci Divizionda darmadağın
-
17:50"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm" - Van Deyk
-
17:20PSJ açıqladı: Neymar Braziliyaya yollanır
-
17:15Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlandı
-
16:11Belçika necə dünyanın ən böyük futbol güclərindən birinə çevrildi? - 7 yanaşma
-
16:02Premyer Liqada 19-cu turun cədvəli
-
15:14Azərbaycanlı futbolçu Panenkanın klubunda
-
14:57Məzahir Süleymanzadənin həyat yoldaşı vəfat edib
-
14:44Bakı klubu transferlərə niyə pul tapmayıb?
-
14:14Bütün oyunlar eyni saatda
-
14:08"Qarabağ" "Yuventus"a sataşdı (FOTO)
-
14:06"Neftçi" və "Qarabağ"ın oyunlarının saatı açıqlandı
-
14:02Ulduz futbolçular Bakıya gələcək (SİYAHI)
-
13:53"Bakı"nın problemi maliyyə ilə bağlı deyildi" - Sərt ittihamlar
-
13:10"Roma" rəhbərliyi Sarrini komandaya gətirmək istəyir
-
12:53"Grand Prix 2019" keçirilmə qaydaları və tərkibi
21 Fevral 2019