AFFA rəsmiləri Region Liqasının iştirakçıları ilə görüşəcək

AFFA rəsmiləri Region Liqasının iştirakçıları ilə görüşəcək

Oktyabrın 24-dən etibarən Region Liqasına start verilməsi nəzərdə tutulub.
 
Sport7.az xəbər verir ki, bu məqsədlə sentyabrın 22-də Region Liqasının İşçi Qrupunun üzvləri aşağıda qeyd olunan zonalar üzrə Region Liqasında iştirak etmək istəyən komandaların nümayəndələri ilə zoom platforması üzərindən onlayn iclaslar keçirəcək.
 
İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq.
 
Regionlar üzrə görüşlərin vaxtlarını diqqətinizə çatdırırıq:
 
Paytaxt və Şimal regionu
Saat: 14:00
Mərkəz regionu
Saat: 15:00
Cənub regionu
Saat: 16:00
Şimal-Qərb və Qərb regionu
Saat: 17:00

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR