AFFA səhvini təkrarlamadı - FOTOLAR

AFFA səhvini təkrarlamadı - FOTOLAR
Mayın 15-də Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələrinin uşaqları üçün "Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.

Sport7.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə keçrilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayonundan seçilmlş deputat Elman Məmmədov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Xocalı rayon Gənclər və İdman İdarəsinin müdiri Elməddin Bağırov və "Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin kordinatoru Kərim Ağayev iştirak ediblər.


Sonda uşaqlara müxtəlif idman ləvazimatları paylanıb.
 
Tədbirdən çəkilmiş fotolardan görünür ki, AFFA bir müddət bundan əvvəl Cocuq Mərcanlıda buraxdığı səhvini düzəldib. Cocuq Mərcanlıdakı oxşar tədbirdə azyaşlı uşaqlara bədən ölçülərindən bir-neçə dəfə böyük formalar verilmişdi. Nəticədə ortaya xeyli acınacaqlı mənzərə çıxmışdı. Həmin fakt Sport7.az-da ictimailəşdiriləndən sonra geniş əks-səda doğurmuşdu.




 
 

Xəbər lenti