AFFA Xetaqurovu unutmayıb

AFFA Xetaqurovu unutmayıb

Artıq məlumatınız var ki, dünən Azərbaycanın Əməkdar Həkimi Boris Xetaqurov özünün 80 illik yubileyini qeyd etdi.

Yubiliyarın şərəfinə bir çox təbriklər yazıldı. Bu prosesə Xetaqurovun ömrünün böyük hissəsini sərf etdiyi, futbolçularının sağlamlığının qeydinə qaldığı "Neftçi” də qoşuldu. "Ağ-qaralar” rəsmi "Feysbuk” səhifəsindən səbəbkarı təbrik etmişdilər. AFFA-nın nə rəsmi saytda, nə də sosial şəbəkələrdəki səhifələrdə Xetaqurovu xatırlamaması narahatçılıq doğurdu. Elə bir təsəvvür yarandı ki, AFFA illərini Azərbaycan futboluna vermiş Boris Xetaqurovu unudub.

Məsələ ilə bağlı Sport7.az-da yazı dərc edilmişdi. Amma AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla hər hansı bir unutqanlığın olmadığını bildirib. AFFA rəsmisi "Sport24.az” saytına açıqlamasında bunları deyib: "Boris Xetaqurovun yubileyini unuda bilməzdik. Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Boris Naneyeviçlə telefon əlaqəsi saxlayıb, assosiasiya adından ona təbrikləri çatdırıb. Məmmədov yubilyara milli komandanın forması və AFFA-nın digər simvolikalarını əks etdirən hədiyyələrin olduğunu, lakin karantin qaydalarına əsasən, nisbətən yaşlı insanların gediş-gəlişi bir qədər problemli olması səbəbindən onu inzibati binaya dəvət edə bilmədiklərini diqqətinə çatdırıb. Xetaqurova hədiyyələri yaşadığı ünvana çatdırmaq təklif olunub. Futbol həkimimiz hazırda Bakıkənarı bağında olduğunu bildirərək, qarşıdakı günlərdə evə qayıtdıqdan sonra AFFA-yla əlaqə saxlayacağını bildirib. Bundan sonra Boris Naneyeviçin hədiyyələri ünvanına çatdırılacaq. Bir daha təkrar edirəm, Xetaqurovu unutmağımız qeyri-mümkündü”.
 
Bu açıqlamadan sonra Firuz Abdulla ilə biz də əlaqə saxladıq. Firuz bəy tezliklə tanınmış həkimin hədiyyələrinin ona çatdırılacağını, dünən də özüylə bu barədə razılığa gəlindiyini bizə bildirdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR