AFFA yenə güldürdü

AFFA yenə güldürdü
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin 2016-2017-ci il mövsümü üçün yekun iclası keçirilib.

Sport7.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iclasda başa çatmış mövsümdə Topaz Premyer Liqasında mübarizə aparmış "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "İnter”, "Sumqayıt”, "Kəpəz”, "Zirə” və AZAL klublarının nümayəndələri, həmçinin Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin müdiri Zamiq Hüseynov iştirak edib.

Artıq fəaliyyətini dayandırmış AZAL-ın iclasda təmsil olunması xeyli təəccüblü və gülməlidi. Klub iki həftə bundan əvvəl rəsmən fəaliyyətinə son qoyub. AZAL-ın əvəzində aşağı divizionda "Şüvəlan"ın çıxış edəcəyi deyilsə də, bu, öz hüquqi həllini tapmayıb. Bu gün KK-nın iclasında artıq mövcud olmayan AZAL-ın nümayəndəsi kimi iştirak etdiyi deyilən Eldəniz Yusifov isə hazırda rəsmən işsiz statusu daşıyır. 

Sport7.az

Xəbər lenti