AFFA

AFFA "Zirə"ni tabloya görə cərimələdi

AFFA-nın İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan oyunlarda yol verilmiş qayda pozuntulıarına dair aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XIV turunun "Zirə”  – "Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur; "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur; "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

XIV turun "Səbail”  – "Neftçi” oyununda "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
 
XIV turun "Keşlə”  – "Sumqayıt” oyununun 38-ci dəqiqəsində "Keşlə” klubunun 22 nömrəli futbolçusu Elçin Mustafayev "sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR