AFFA

AFFA "Zirə"nin Cavid Hüseynovla bağlı şikayətini rədd etdi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib. 

Sport7.az xəbər verir ki, toplantıda "Zirə" klubunun Cavid Hüseynova 4 oyunluq cəza verilməsi barədə AFFA İntizam Komitəsinin fevralın 18-də çıxardığı qərarından şikayətə baxılıb. Tribunal apellyasiyanı qəbul etməyib. 
 
1. "Zirə” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 18 fevral 2020-ci il tarixli qərarı ilə 15 fevral 2020-ci il tarixində, Premyer Liqanın XVII turunun "Zirə” – "Qarabağ” oyununun 67-ci dəqiqəsində "Zirə” klubunun 7 nömrəli futbolçusu Cavid Hüseynovun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR