AFFFA-dan Avro-2020 ilə bağlı yeni qərar

AFFFA-dan Avro-2020 ilə bağlı yeni qərar

Bu gündən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.

Sport7.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ZOOM Platforması üzərindən təkbətək müsahibə mərhələsini tamamlayan könüllülər AVRO-2020 Bakı Könüllülər komandasına qoşulacaq.

Qeyd edək ki, müsahibə mərhələsində iştirakla əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR