Afrika Millətlər Kuboku 2022-ci ildə keçirilə bilər

Afrika Millətlər Kuboku 2022-ci ildə keçirilə bilər

Koronavirusa görə 2021-ci ilə təxirə salınan Afrika Millətlər Kuboku həmin vaxtda da keçirilməyə bilər.
 
Sport7.az xəbər verir ki, 2021-ci ildə keçirilməsi planlaşdırılan beynəlxalq turnirin təxirə salınmasının səbəbi aparıcı klubların oyunçularını rahat şəkildə buraxmaları üçün şərait yaradılmasıdı. Hazırkı durumda bu yarışın keçirilməsi konfliktlərə səbəb ola bilər. 
 
Məsələn, "Liverpul"un baş məşqçisi Yurgen Klopp turnirlə bağlı problemlərdən danışmışdı. O, sıx qrafiklə əlaqədar Muhammed Salah, Sadio Mane kimi futbolçuları itirə biləcəyi ilə bağlı narahatlığını dilə gətirmişdi. 
 
Bu üzdən Afrika Millətlər Kubokunun 2022-ci ilin yanvarında keçiriləcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR