Afrika Millətlər Kuboku: Madaqaskar və Əlcəzair 1/4 finalda (VİDEO)

Afrika Millətlər Kuboku: Madaqaskar və Əlcəzair 1/4 finalda (VİDEO)

Afrika Millətlər Kubokunda 1/8 finalın növbəti görüşləri keçirilib.

Madaqaskar Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Oyunun əsas vaxtında komandalar hərəyə iki dəfə fərqləniblər. Əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madaqaskar mərhələ adlayıb.

Günün digər görüşündə isə Əlcəzair və Qvineya milliləri üz-üzə gəlib. "Ağ-yaşılar" 3 cavabsız qolla 1/4 finala yüksələn tərəf olub.


Afrika Millətlər Kuboku

Misir

1/8 final

Madaqaskar - Konqo DR - 2:2

Qollar: Amada (9), Andriatsima (77) - Bakambu (21), Mbemba (90)

Penaltilər seriyası - 4:2


Əlcəzair - Qvineya - 3:0

Qollar: Bellaili (24), Marez (57), Unas (82)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR