Afrika Millətlər Kuboku: Nigeriya və Seneqal yarımfinalda (VİDEO)

Afrika Millətlər Kuboku: Nigeriya və Seneqal yarımfinalda (VİDEO)

Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar müəyyənləşib.

Seneqal - Benin görüşündə bir qol matçın taleyini həll edib. İdrissa Quyenin vurduğu qol sayəsində Seneqal qələbə qazanaraq yarımfinala yüksəlib.

Nigeriya CAR-la qarşılaşıb. Hesab 27-ci dəqiqədə açılıb. Nigeriyanın heyətində Samuel Çukvueze fərqlənib. 71-ci dəqiqədə Bonqani Zunqu oyuna tarazlıq gətirib. Bu qol da matçda sonuncu olmayıb. 89-cu dəqiqədə Trost-Ekonqun qolu Nigeriyanın 2:1 hesablı qələbəsini və yarımfinala vəsiqəni təmin edib.


Afrika Millətlər Kuboku

Misir

1/4 final

Seneqal - Benin - 1:0

Qol: Quye (69)


Nigeriya - CAR - 2:1

Qollar: Çukvueze (27), Trost-Ekonq (89) - Zunqu (71)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR