Afrika Millətlər Kubokunun bütün iştirakçıları

Afrika Millətlər Kubokunun bütün iştirakçıları

Ekvatorial Qvineyada keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsinə yekun vurulub. Sport7.az xəbər verir ki, ötən gün baş tutan oyunlardan sonra AFK final mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib.

Meydan sahibi Ekvatorial Qvineyadan başqa 7 qrupda ilk iki pilləni tutan 14 komanda final mərhələsinə çıxıb. Bundan başqa ən yaxşı qrup üçüncüsü kimi Konqo Demokratik Respublikası da yarışa vəsiqə ələd edib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun final mərhələsi Mərakeşdə keçirilməli idi. Lakin Afrikada yayılan Ebola virusu bu ölkənin turnirdən imtina etməsi ilə nəticələnib. Mərakeşi yarışdan kənarlaşdıran Afrika Futbol Konfederasiyası ev sahibliyini Ekvatorial Qvineyaya verib. Yarış 2016-cı ilin 17 yanvarından 8 fevralınadək keçiriləcək.

Afrika Millətlər Kubokunun bütün iştirakçıları

Ekvatorial Qvineya
Kape Verde
Əlcəzair
Tunis
CAR
Zambiya
Kamerun
Qabon
Burkina Faso
Seneqal
Kot`D-İvuar
Qana
Qvineya
Mali
Konqo
Konqo DR

Sport7.Az




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR