Afrikanın ən yaxşı gənc futbolçusu da bəlli oldu

Afrikanın ən yaxşı gənc futbolçusu da bəlli oldu
"Borussiya Dortmund”un və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2018-ci il üçün Afrikanın ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
 
Sport7.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi "Twitter” səhifəsi məlumat yayıb.
 
20 yaşlı futbolçu Konfederasiya tərəfindən ilin ən yaxşı gənc futbolçusu seçilib.

Əşrəf Hakimi Mərakeş millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatına çıxış edib. Futbolçu milli komandada 14 oyunda bir qol vurub.

Qeyd edək ki, müdafiəçi 1998-ci ildə Madriddə doğulub. Karyerasına "Real Madrid” klubunda başlayan Ə.Hakimi bu komandanın heyətində 17 oyunda 2 qol və 6 məhsuldar ötürmənin müəllifi olub. Cari mövsümdə icarə əsasında "Borussiya Dortmund”a keçən müdafiəçi bu klubda keçirdiyi 10 oyunda bir qol vurub.
 
Xatırladaq ki, 2018-ci il üçün Afrikanın ən yaxşı futbolçusu adı isə "Liverpul"un üzvü Məhəmməd Salaha verilib. 
 
Sport7.az

Xəbər lenti