Aftandil Hacıyev: “Həvəsdən düşmək olmaz”

Aftandil Hacıyev: “Həvəsdən düşmək olmaz”

"Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda daha 2 dövrə var”. 

Sport7.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında "Zirə" ilə oyundan sonra mətbuat konfransında deyib. 

O, evdə 0:0 hesabı ilə bitən matçı belə dəyərləndirib: "Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi". 

Hacıyevin sözlərinə görə, hər iki komanda ehtiyatlı idi: "Bu səbəbdən də qol buraxmaq istəmirdi. Futbolçular ara-sıra yaxşı hücum təşkil etdilər. Amma bu kifayət etmədi. Hücumlar etdik, 90 dəqiqə ərzində fürsətlərdən yararlanmağa çalışdıq". 

O, qış fasiləsində hansı futbolçularla yolların ayrılacağını müəyyən etdiyini də deyib: "Son matçı gözləmək məsləhətdir. Hər kəsdən istifadə edə bilərik. Bundan sonra gedən futbolçularla danışacağıq". 

"Səbail”in çalışdırıcısı moldovalı futbolçu Yevgeni Koçukun durumuna da aydınlıq gətirib: "Onun xroniki zədəsi var. Çoxdandır əməliyyat olunmalıdır və oyunlarla əlaqədar vaxt tapa bilmirdi. Bizdən xahiş etdi ki, şərait yaradaq". (Apasport.az)
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR