Aftandil Hacıyevdən sərt reaksiya:

Aftandil Hacıyevdən sərt reaksiya: "Neftçi”yə bu cür 1 xal lazım deyildi"

"Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüflər olsun ki, eyni sözləri hesab barəsində deyə bilmirəm”.
 
Sport7.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi” ilə 2:2 hesablı heç-heçədən sonra fikirlərini bölüşən 38 yaşlı mütəxəssis hakimlərin oyunun nəticəsinə təsir etdiyini bildirib: "Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda "Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən vərəqlər işimizi korlayır. Qərarlar düzgün olsaydı, hesab da fərqli olardı. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda "Səbail” idi. "Neftçi”nin belə xala ehtiyacı yox idi”.

- Bu bir xalda baş məşqçinin payı neçə faizdir, futbolçuların payı neçə?

- Oyuna 5 müdafiəçi ilə başladıq. Ancaq bu gün hesaba uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şeyi yoxladıq. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.

- Koçukun yoxluğu nə ilə bağlı idi?

- İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündü məşq etmir.

- Qeyd etdiniz ki, "Neftçi”yə belə bir xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?

- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, "Neftçi”yə bu cür bir xal lazım deyildi.

- Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?

- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də ki, əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə. (matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR