AGF hakimlərlə qayda pozuntularından danışdı

AGF hakimlərlə qayda pozuntularından danışdı

Bu gün Azərbaycan Güləş Federasiyasının hakimlər üçün növbəti onlayn seminarı keçirilib.

Sport7.az xəbər verir ki, sayca 6-cı dəfə təşkil olunan vebinarın budəfəki mövzusu qayda pozuntuları olub. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev hansı hərəkətlərin qayda pozuntusu sayıldığını qeyd etdikdən sonra müxtəlif qarşılaşmalardan nümayiş etdirilən videolarda mövzuyla bağlı vəziyyətləri izah edib. Vebinarın ikinci hissəsində mürəkkəb vəziyyətlərdə qarşılıqlı fəndlərin icra olunduğu epizodlar müzakirə edilib.

Güləş hakimlərinin ənənə halını alan vebinarı hər həftə keçirilir. Məqsəd ədalət təmsilçilərinin nəzəri biliklərini daha da təkmilləşdirməkdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR