"Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim" - Riçard Almeyda

"Zirə"nin yeni transferi Riçard Almeyda klubun mətbuat xidmətinə fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, futbolçu bunları söyləyib: "Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan Premyer Liqasında iddialı komandalar çoxdu. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, öz təcrübəmlə "Zirə"yə kömək edə biləcəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR