Ağır atletika idman növündə çəki dərəcələri dəyişdirilib

09 İyul 2018, 12:04
09 İyul
2018
12:04
180
İyul ayının 6-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) növbəti Konqresi keçirilib.
Sport7.az xəbər verir ki, tədbirdə Azərbaycanı Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və Rəyasət Heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.
63 ölkənin nümayəndələrinin iştirak etdiyi iclasda müzakirə olunan əsas məsələlərdən biri mövcud çəki dərəcələrinin dəyişdirilməsi və sayının artırılması olub. IWF İcraiyyə Komitəsinin bununla bağlı qəbul və Konqresə təqdim etdiyi qərar rəsmən təsdiqlənib.
Qərara əsasən, bundan sonra kişi ağır atletlər (böyüklər və gənclər) IWF-in bayrağı altında 8 yox, 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Həmin çəki dərəcələri bunlardır: 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı. Ancaq Olimpiya Oyunlarında bu çəki dərəcələrindən yalnız 7-si üzrə yarışlar keçiriləcək. Atletlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və 109 kq-dan yuxarı çəkilərdə körpücük üzərinə çıxa biləcəklər.
Qadınlarda (böyüklər və gənclər) da çəki dərəcələri dəyişdirilib. Zərif cinsin nümayəndələri 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilərdə mübarizə aparacaqlar. Olimpiya Oyunlarında bunlardan yalnız 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və 87 kq-dan yuxarı çəki dərəcələri təmsil olunacaq.
Yeniyetmə atletlərdə yeni çəki dərəcələri oğlanlarda 49, 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq və 102 kq-dan yuxarı; qızlarda 40 kq, 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq və 81 kq-dan yuxarıdır.
Bununla yanaşı, Konqres 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya qazanılması sistemindəki yenilikləri də təsdiqləyib. Təsnifat mərhələsində əvvəl mövcud olan qayda ləğv edilib. Yeni qərara əsasən, atletlər Olimpiya Oyunlarına lisenziyanı komanda yox, fərdi şəkildə əldə etməli olacaqlar. Təsnifat yarışları 3 (üç) mərhələdə 2018-ci il noyabrın 1-dən 2020-ci il aprelin 30-na qədər davam edəcək. Lisenziya qazanmaq istəyən atletlər təsnifat dövründə Olimpiya Oyunları üçün təsdiq olunmuş çəki dərəcələrində ən azı 2 (iki) yarışda çıxış etməli, xal toplamalıdılar. İlk təsnifat yarışı 1-10 noyabr 2018-ci il tarixlərində Türkmənistanın paytaxtı Aşxabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatı olacaqdır.
Sport7.az
Digər xəbərlər
-
Digər, Atletika
Atletimizdən gümüş medal
-
Digər, Atletika
Azərbaycan çempionatına yekun vuruldu
-
Digər, Atletika
İbrahimli çempion oldu
-
Digər, Atletika
Mərhələ yarışları keçirilib
-
Digər, Atletika
Velosiped tariximizdə ilk: 2 idmançımız İsveçrəyə yollanır
-
Digər, Atletika
Bakıda “Həmrəylik” veloyürüşü keçirilib
-
Digər, Atletika
Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib
-
Digər, Atletika
Daha bir atletimiz kənarlaşdırıldı - DOPİNQƏ GÖRƏ
Xəbər lenti
-
02:12"Lion" - "Barselona" - 0:0 (VİDEO)
-
02:10"Liverpul" - "Bavariya" - 0:0 (VİDEO)
-
01:56Çempionlar Liqasında qolsuz gecə
-
23:38Darmadağından sonra gələn qələbə
-
20:05Maykl Bizli Çin klubu ilə anlaşdı
-
19:57İkardinin həyat yoldaşından "İnter"ə ultimatum: Kapitanlıq sarğısını geri qaytarın
-
19:49Sulşer Mourinyunu qabaqladı
-
17:54Milliyə yararsız əcnəbi futbolçular gətirilir - proses bərpa olunur
-
17:53Harri Keyn komanda ilə birlikdə məşqlərə başlayıb
-
17:23Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA
-
16:53"Riberisiz bu 10 il necə keçərdi, bilmirəm" - Aryen Robbenlə keçmişə, bu günə və sabaha dair
-
15:51İqor Mitreski: "Neftçi”nin yeri başqadır"
-
15:20Lebron Ceymsin əvəzinə Andre İqudala
-
14:32"Tarixə topla səyahət" - 1992
-
13:58"Mən xəyallarımı yaşamışam. Neçə insan həyatı haqda eynisini deyə bilər?" - Ronaldunun hekayəsi
-
13:31AFFA "Sabah"ı cəzalandırdı
-
13:11Latviyaya gedən futbolçumuzun məşqçisi: "Əzmkardı, texnikalıdı və meydançanı yaxşı görür"
-
12:53Voznyaki Dubayda keçirilən turnirdə iştirakdan imtina etdi
-
12:20Püşk atıldı: "Mançester Siti" "Suonsi" ilə, MY "Vulverhempton"la qarşılaşacaq
-
12:05Millimizdən iki bürünc medal
-
11:39"Barselona" Yoviçi transfer etməyə daha yaxındı
-
11:17Bəs sən klubunun himnini bilirsən? - ARAŞDIRMA
-
10:55İlin idmançıları - Novak Cokoviç və Simon Baylz
-
10:31Azərbaycanlı idmançı Rusiyada adam öldürdü - FOTO
-
09:53Təyinatlar açıqlandı
-
09:30Əsədov: "Daha çox pula gələnlər yola verir"
-
01:34"Mançester Yunayted" "Çelsi"ni mübarizədən kənarlaşdırdı - VİDEO
-
22:35Ofsayda düşən hakimlər
-
21:37Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı
-
21:07Qrizmann: "Atletiko"nun oyun tərzini dəyişmək kimi bir niyyəti yoxdu"
-
20:53"Bavariya" ilə oyun ərəfəsində "Liverpul"da ciddi itkilər var
-
18:27"İkardinin "Yuventus"la bağlı fikrini öyrənmək istəyirdik" - Fabio Paratiçi
-
18:20Yurçeviçli yığma yoldaşlıq görüşü keçirəcək
-
17:29"Bütün karyeram boyu yalnız bir sağlam ayaqla oynamışam" / Roberto Baccio - 52
-
17:09Uşaq evindən Azərbaycan millisinə - Qız hara, futbol hara?! (VİDEO)
-
16:23Namik Ələsgərov üçün yubiley
-
16:17"Napoli"nin əfsanəsi Hamşik Çin klubu ilə müqavilə imzaladı
-
16:06AFFA milliyə rəqib tapa bilmir
-
16:03Yurçeviç Məşqçilər Komitəsi ilə niyə görüşmür?: "Buna öyrəşmişik"
-
15:23Mourinyu: "Özümü Fransa çempionatında təsəvvür edə bilirəm"
-
15:16"Görürdüm ki, burda oynamağa imkan yoxdu, "şələ-şülə"mi yığırdım..."
-
14:59Millimizin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
-
14:44Əliyar Ağayev "Sumqayıt"ın oyununda
-
14:36"Mançester Yunayted" De Xea üçün fantastik təklif hazırlayır
-
14:23"Bavariya" "Liverpul"la oyunda Boatenq və Riberidən istifadə edə bilməyəcək
-
14:12Federer Nisikori ilə yerini dəyişdi, Cokoviç liderliyini davam etdirir
-
13:43Vüsalədən atmaca: "Bəzi xanım azarkeşlərimiz buqələmun kimidir, rəngləri bilinmir"
-
13:32Simona Halep yenidən ikinci sırada, Serena Uilyams ilk onluğa qayıtdı
-
13:10Elçin Mustafayev: "Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdır"
-
13:0270-ci səfər məğlubiyyəti
19 Fevral 2019
18 Fevral 2019