Ağır atletlərimiz dünya birinciliyində

Ağır atletlərimiz dünya birinciliyində

8-15 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi keçiriləcək.
 
Sport7.az xəbər verir ki, yarışda 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Dünya birinciliyində baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iştirak edəcək heyətimiz aşağıdakı kimidir: Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq), Rəhman Kazımov (+102 kq).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR