Ağır atletlərimizin DÇ-də çıxış vaxtı müəyyənləşdi

Ağır atletlərimizin DÇ-də çıxış vaxtı müəyyənləşdi

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq.

Sport7.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının 3 üzvü də var. Artıq onların çıxış qrafiki məlum olub.

Onunla aşağıda tanış ola bilərsiniz. İdmançılarımızın çıxış saatları Bakı vaxtı ilə göstərilib:

N Ad Çəki Qrup Gün Saat
1. Səbinə Əzimova 55 kq C 19 sentyabr 19:30
2. Boyanka Kostova 59 kq A 21 sentyabr 14:55
3. Nailxan Nəbiyev 96 kq D 23 sentyabr 19:30

 Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR