Çakarov da getdi,

Çakarov da getdi, "Neftçi"nin sabiq məşqçisi "Qarabağ"da



Bu mövsüm "qızıl dubl"la azarkeşlərini sevindiyən "Qarabağ"da təlatümlər bitmək bilmir.



Sport7.az
"Futbol+" qəzetinə istinadla xəbər verir ki, uzun illərdi "köhlən atlar"ın uğurları üçün çalışan Çudomir Çakarov çempionun düşərgəsini tərk edib. Buna səbəb bolqar mütəxəssisin səhhətində yaranan problemlərdi. Hər kəsin hörmətini qazanmağı bacaran fiziki hazırlıq üzrə məşqçi daxili orqanlarındakı problemlərə görə əməliyyat masasına uzanmalı olub. Həkimlər "Çudo"ya xüsusi icazə verilənədək fiziki işlərdən uzaq durmağı tapşırıb. Onun yoxluğunun Qurban Qurbanov üçün ciddi itki olacağı isə şübhəsizdi.

Artıq Çakarovun boşaltdığı postu tutacaq əcnəbi mütəxəssisin adı məlumdu. Bu gün Avstriyaya yollanacaq komandanın fiziki hazırlığına Ruben Selles nəzarət edəcək. Bir il öncə "Neftçi"dən ayrılan ispan artıq Bakıdadı və klub rəhbərliyi ilə əl sıxışıb.

Qeyd edək ki, Çakarovdan başqa daha bir isim "Qarabağ"dan ayrılıb. Son 3 ildə klubda fizioterapevt kimi çalışan türkiyəli Murat Şahinoğlu da artıq "Qarabağ"da çalışmır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR