Aleks de Minaur

Aleks de Minaur "Australian Open"də iştirakdan imtina edib

Avstraliyanın bir nömrəli raketka ustası Aleks de Minaur qarın əzələsindəki zədə səbəbindən mövsümün ilk "Böyük dəbilqə" seriyalı turniri - "Australian Open"də iştirak edə bilməyəcək.

De Minaur turnirdə iştirakdan imtina edib. O, ilk dəfə ATP Kuboku çərçivəsində Denis Şapovalovla oynadığı matçda qarnında ağrı hiss edib. Daha sonra 20 yaşlı tennisçi Böyük Britaniyaya qarşı iki görüşdə korta çıxıb və  Rafael Nadalla 3 set mübarizə aparıb. Nəticədə Minaurun zədəsi daha da ciddiləşib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR