Aleks De Souza 3 iyunu xatırladı - FOTO

Aleks De Souza 3 iyunu xatırladı - FOTO
2004-cü il İyunun 3-də "Fənərbaxça" ilə rəsmi müqavilə imzalayan Aleks De Souza bu tarixi un utmayıb.
 
Sport7.az xəbər verir ki, braziliyalı futbolçu "İnstaqram" hesabından açıqlama verərək o vaxtkı klub idarəçiləri Hakan Bilal Kutulalp, baş məşqçi Kristof Daum və komanda yoldaşı, Lusianoya təşəkkür edib.  
 
Bununla yanaşı o imza atdığı həmin anın da fotosunu paylaşıb. 
 
Futbolçu mesajında "Burda 3 nəfərə xüsusi təşəkkür etmək istəyirəm. Hakan Bilala məni "Fənərbaxça"ya gətirmək üçün çəkdiyi əziyyətə, Kristof Dauma yüksək səviyyədə oynamağım üçün məni qoruduğuna və @f.luciano3 məni "Fənərbaxça"ya gəlməyim üçün yola gətirdiyinə görə. Qalanı da tarixə yazıldı. Çox gözəl tarixə" sözlərini yazıb.
 
 
Sport7.az

Xəbər lenti