Aleksis Sançes

Aleksis Sançes "İnter"ə keçsə, MY 36 milyon funt məvacib haqqı ödəməli olacaq

"Mançester Yunayted" və "İnter" Aleksis Sançesin icarə variantı ilə bağlı danışıqlar aparır.

"İnter" danışıqların bu həftə yekunlaşmasının tərəfdarıdı. Sazişə müddətin sonunda transfer haqlarını ələ keçirmək variantının da daxil ediləcəyi gözlənilir.

"İnter" Sançesə həftəlik 150 min funt təklif etməyə hazırdı. Çilili futbolçu hazırda MY-da həftəsinə 500 min funt qazanır. Sözügedən təklif onu qane etmir.

2 mövsümlük periodda "Mançester Yunayted"in məvacibin qalan hissəsini üzərinə götürmək ehtimalı ilə bağlı müzakirələr gedir. Belə olan halda, "qırmızı şeytanlar" Sançesə toplam 36 milyon funt ödəyəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR