Alesio: "Nəticələr fikrimdə yanılmadığımı göstərdi"

Alesio:
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirən "Araz” komandasının baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı fikrini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis AFFA və Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib: 

"Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.

Turnirə gəldikdə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin "Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdür”.
 
Sport7.az

Xəbər lenti