Çalhanoğlu

Çalhanoğlu "Yuventus"a transfer oluna bilər

Hakan Çalhanoğlu "Milan”la yeni müqavilə imzalamazsa, "Yuventus” türkiyəli yarımmüdafiəçiyə əməkdaşlıq təklif edə bilər.

Sport7.az xəbər verir ki, bu barədə "Sky Sport Italia” məlumat yayıb. Bundan əvvəl, "Milan”ın 27 yaşlı hücumameyilli yarımmüdafiəçisi klub rəhbərliyi ilə görüşdükdən sonra yeni müqaviləyə imza atmaq üçün bir addım daha yaxınlaşıb.

İndi tələb və təklif arasındakı fərq azalıb və problem asanlıqla bonuslar vasitəsilə həll edilə bilər.

Hakan Çalhanoğlu "Milan”a 2017-ci ildə "Bayer”dən 23,3 milyon avroya transfer edilib. Meydana çıxdığı 30 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR