Alim Nəbiyevdən qələbə

Alim Nəbiyevdən qələbə
Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.
 
Sport7.az xəbər verir ki, idmançımız "Glory” seriyasında təşkil olunan yarışda qüvvəsini sınayıb. O, Hollandiyanın Rotterdam şəhərində təşkil olunan "Glory51” çərçivəsində kamerunlu Sedrik Doumbe ilə üz-üzə gəlib. Yarımorta çəki dərəcəsində baş tutan 3 raundluq döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Alim yekunda 2:1 (28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Bu, Nəbiyevin "Glory” seriyasında keçirdiyi 3-cü döyüşdə 3-cü qələbəsidir.
 
Sport7.az

Xəbər lenti