Alim Qurbanov: "İnanmıram bu kluba Mübariz Mənsimov kimi baxa bilsinlər"

Alim Qurbanov:
Bu yaxınlarda Lənkəranda ictimai əsaslarla "Xan Lənkəran" adlı klub təsis edildi. 

Təbii ki, bu heç də birmənalı qarşılanmadı. Müsbət hal kimi yanaşanlar da var, bu klubun taleyini qaranlıq görənlər də. Bəs Lənkəran futbolunun yetirməsi, "Xəzər Lənkəran"ın əfsanələrindən sayılan Alim Qurbanov nə düşünür?

Qurbanov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Bu haqda eşitmişəm. Amma dəqiq məlumatım yoxdu. Deyilənə görə, yaradanlar Masallıdandı. Amma əsas klubun, yəni "Xəzər Lənəran"ın sahibi Mübariz Mənsimov bildirmişdi ki, yaxınlarda onun bərpası gözlənilmir.

Lənkəranlı azarkeşlərin necə olduğunu çox gözəl bilirsiz. Təkcə Lənkəran deyil, inkişaf üçün Gəncə və digər bölgələrdə də futbol olmalıdı. İndi çempionatda 8 komanda var. Belə baxanda bölgələrimizdən yalnız Qəbələdə futbol var. İnkişafdan danışırıqsa, Tovuz, Gəncə, Lənkran kimi bölgələrdə futbol qayıtmalıdı.

Yəqin ki, "Xan Lənkəran" yaradılırsa, oranın stadionunu götürəcəklər. İnanmıram Masallıda oynayalar. Düzdü lənkəranlı azarkeşlər "Xəzər Lənkəran"ı sevirdilər, onunla nəfəs alırdılar. "Xan Lənkəran" yaranırsa, yəqin ki, "Xəzər Lənkəran" kimi ola bilməz. Çünki bilirsiz ki, ora nə qədər pullar xərclənib, kimlər işləyib. İnanmıram bu kluba Mübariz Mənsimov kimi baxa bilsinlər. Amma deyilənə görə yaxşı olmalıdı. Bizim də arzumuzdu, təkcə Lənkəranda yox, başqa bölgələrimizdə də futbol olsun".

Sport7.az

Xəbər lenti