"Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək" - Maksim Medvedev

"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".

Sport7.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və "Qarabağ" klubunda vəziyyət elə də yaxşı deyil: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir. (http://Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR